[mal]
2 ədəd yumurta
1 su st. qatıq
1 su st. duru yağ
1,5 su st. un
1 paket qabartma tozu
1 ədəd quru soğan
1 ədəd kartof
5-6 ədəd sosiska
duz,istiot
Üzəri üçün:
küncüt
[haz]
Kartofu, soğanı və sosiskanı xırda-xırda (kubik şəklində) doğrayın.Xəmiri üçün yumurtanı,duru yağı və qatığı qarışdırın.Üzərinə un və qabartma tozunu əlavə edin.Doğranmış ərzaqları da üzərinə qatıb qarışdırın.Sonda duzunu, istiotunu da əlavə edərək yağlanmış duxovka tavanıza tökün.Üzərini zövqə görə bəzəyin.170 dərəcədə üzəri qızarana qədər bişirin.NUŞ OLSUN.
QEYD: ölçüləri ailə sayına görə artırıb azalda bilərsiniz. Duzlu keksler çox qabarmır. Ona görə qalınlığı çox incə olmaması üçün istifadə etdiyiniz qabınıza diqqət edin. Qarışım tavanın dibində qalmasın.