Son yenilənmə tarixi 04/11/2023 by Leyla Xanım
Ərzaqlar:
1+3/4 stəkan (245 q) un
1/4 stəkan (30 q) kakao tozu
1 stəkan (250 q) şəkər tozu
1/4 çay qaşığı soda
1/4 çay qaşığı duz
Bir çimdik vanil tozu
3 yetişmiş banan
2 böyük yumurta
120q kərə yağı
(əridin və soyudun)
1/2 stəkan doğranmış qoz
1/2 stəkan doğranmiş plitka şokolad
Hazırlanması:
1. Sobanı 180˚C-dək qızdırın.
2. 23 X 13 X 8 santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın.
3. Böyük bir qabda un, kakao tozu, şəkər tozu, baking powder (bax: qeyd), soda, duz və vanil tozunu qaşıqla qarışdırın.
4. Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın.
5. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta yerində 55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən keksin üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər.
Azcookbook
COX GOZEL YEMEKLER VAR BURDA