Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Sobada Pendirli Toyuq Kotleti Resepti, Sobada Pendirli Toyuq Kotleti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Sobada Pendirli Toyuq Kotleti

Son yenilənmə tarixi 05/08/2023 by Leyla Xanım

sobadapendirlitoyuqkotleti

reklam



Ərzaqlar:

500 qr. toyuğun döş əti
1 ədəd yumurta
1 ədəd soğan
1 çay st. qarğıdalı unu
2 dilim bayat çörək
göyərti
duz, istiot

Üzəri üçün:
sürtgeçden keçirilmiş 100qr. holland pendiri


Hazırlanması:

Toyuq ətini ət maşınından keçirin.
İçinə yumurtanı qırın.
Suda islatdığınız bayat çörəkləri sıxıb qatın.
Sürtgeçdən və ya ət maşınından keçirdiyiniz soğanı da qatın.
Üzərinə qarğıdalı ununu da töküb qarışdırın.
Duzunu, istiotunu, göyərtisini də qarışdırıb yaxşıca yoğurun.
Yoğurduğunuz bu qarışımı yağlanmış və ya yağlı kağız sərilmiş listə əldə yuvarlayaraq düzün.
175 dərəcədə 15 dəqiqə bişirin.
15 dəqiqədən sonra duxovkadan çıxardıb üzərinə sürtgeçdən keçirdiyiniz holland pendirini tökün.
Təkrar duxovkaya qoyub 5 dəqiqə yenə bişirin.
Sobada pendirli kotletiniz hazırdır. NUŞ OLSUN.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani