Son yenilənmə tarixi 09/12/2023 by Leyla Xanım
Ərzaqlar:
Alabalıq – 1 ədəd
Limon – 5 dilim
Kərə yağı – 50 q
Göyərti (keşniş, tərxun) – ¼ hissə
Duru yağ
Duz, qırmızı istiot
Sous üçün:
Zeytun yağı – 2x.q.
Portağal şirəsi
Narşərab
Hazırlanması:
- Balığın içinə duz, istiot, ovulmuş göyərti və limon dilimləri qoyulur, hər iki tərəfinə kərə yağı çəkilib yağlanmış listə yerləşdirilir.
- Balıq 180 dərəcəyədək qızdırılmış sobada, hər 5 dəqiqədən bir üzərinə duru yağ gəzdirilərək 25 dəqiqə bişirilir.
- Sousu hazırlamaq üçün: portağal şirəsi, zeytun yağı, narşərab qarışdırılır.
- Hazır olmuş balığın içliyi (limon dilimləri, göyərti) çıxarılır, balığın qabığı soyulur, üzərinə qırmızı istiot səpilir.
- Balıq süfrəyə sousla, kubvarı doğranılmış qarpız və tərxunla verilir.
Azcookbook
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!