Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Şabalıdlı Yeni İl Ruleti Resepti, Şabalıdlı Yeni İl Ruleti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Şabalıdlı Yeni İl Ruleti

Son yenilənmə tarixi 09/08/2023 by Leyla Xanım

sabalidliyeniilruleti

reklam



Ərzaqlar:

Biskviti üçün:
6 ədəd yumurta
400 qr. un
400 qr. şəkər tozu
1 paket qabartma tozu
1 paket vanilya

Biskviti islatmaq üçün:
200 qr.süd

Kremi üçün:
800 qr. süd
400 qr. şəkər tozu
3 x/q. un
1 çay qaşığı marqarin(və ya kərəyağı)

Arası üçün:
yarım kq. suda bişmiş şabalıd (bütöv)

Üzəri üçün:
80 qr. bitter şokolad
1 qutu iran xaması


Hazırlanması:

Yumurtaları qırın. Üzərinə şəkər tozunu tökərək mikserlə çırpın. Şəkər tozu ağaranadək çalın. Üzərinə qabartma tozu və vanilya qarışdırılmış unu əlavə edərək qarışdırın. Sıyıq bir xəmir alınacaq. Bişirmə kağızı( yağlı kağız) sərilmiş bir listə tökün. 180 dərəcədə üzəri qızarana qədər (təxminən 45 dəqiqə) bişirin.
Südü, şəkər tozunu, vanilya və unu bir qazana boşaldıb qarışdıraraq bişirin. Bişmiş kremi soyuması üçün bir kənara qoyun. Soyuyan kremin içinə otaq temperaturunda əridilmiş marqarin və ya kərəyağını əlavə edib çalın.
Biskviti bir folqa kağızının üzərinə qoyun.
Soyumuş biskvitin üzərini ayırdığınız süd ilə isladın.
Biskviti əvvəlcə kremləyin. Sonra kremin üzərinə suda bişirdiyiniz şabalıdları düzün.
Kağızın köməkliyi ilə Rulet kimi bükün.
1 saat soyuducunun buzluğunda saxlayın.
Şokoladı Benmari üsulu əridin. Üzərinə xamanı töküb çalın.
Soyuducudan çıxartdığınız ruletin üzərini xamalı şokoladla bəzəyin. 20-25 dəqiqə soyuducuda təkrar saxlayın.(kreminin donması üçün)
Ruletin üzərinə şəkildə gördüyünüz kimi çəngəllə ağac kötüyü şəkli verin.
Üzərini hazır satılan yeni il bəzəkləri ilə bəzəyin. NUŞ OLSUN.

QEYD: əritdiyiniz şokolada suda bişmiş şabalıdı batırıb ruletin üzərini bəzəyə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani