Son yenilənmə tarixi 13/12/2023 by Leyla Xanım
Ərzaqlar:
Un – 500 q
Kərə yağı – 150 q
Maya – 20 q
Yumurta – 1 ədəd
Süd – 200 q
Duz
İçlik üçün:
Fındıq və ya badam ləpəsi – 500 q
Şəkər tozu – 500 q
Hil – 5 ədəd
Vanil – 5 q
Hazırlanması:
1. Xəmiri hazırlamaq üçün: Kərə yağı əridilir.
2. Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.
3. Ələnmiş una yumurta, duz, süd-yağ qarışığı və maya əlavə edilib yumşaq xəmir yoğrulur.
4. Xəmir isti yerdə 30 dəq. saxlanılır.
5. İçliyi hazırlamaq üçün: fındıq qozçəkən maşından keçirilir, əzilmiş hil və şəkər tozu ilə qarışdırılır.
6. Xəmir xırda kündələrə bölünür.
7. Hər yayılmış kündəyə 10-15 q içlik qoyulub (içlik kündənin qıraqlarına dəyməməlidir) bükülür.
8. Şəkərburalara naxış vurulub, listə yığılıb öncədən 180 dərəcəyədək qızdırılmış sobada 7-10 dəq. hazırlanır.
Azcookbook
Bes b sekerburalarin qiraqlari acilib axi.Menim oz reseptimde gornusu de dadi da ela olur.Tesekkurler.
mende de ele alinir
teşekkür edirəm çox sağolun
Super. twk.
Bişirəcəm, xoşuma gəlcə sizə təşəkkür yazacam.
mende guzel aliniyo