Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Şəkər Çörəyi Resepti, Şəkər Çörəyi Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Şəkər Çörəyi

Son yenilənmə tarixi 19/11/2023 by Leyla Xanım

Şəkər Çörəyi

reklam



Ərzaqlar:

Un – 400 q
Şəkər kirşanı – 125 q
Kərə yağı – 250 q
Fındıq – 30 q
Qabartma tozu – 1 ç.q.
Üzəri üçün:
Yumurta sarısı – 1 ədəd


Hazırlanması:
  1. Xəmir üçün: dərin bir qaba şəkər kirşanı əlavə edilir, üzərinə otaq temperaturunda yumşalmış kərə yağı əlavə olunub mikserlə çalınır.
  2. Şəkər-yağ qarışığına ələnmiş un, qovrulmuş və üyüdülmüş fındıq və qabartma tozu əlavə edilərək mikserlə bir az da çalınır və sonda əl ilə yumşaq xəmir yoğrulur.
  3. Hazır xəmirdən “təpəcik”lər hazırlanıb soba listinə yığılır.
  4. “Təpəcik”lərin üzərinə yumurta sarısı nöqtə şəklində vurulub əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada 10-15 dəq. bişirilir (şəkər çörəyi qızarmamalıdır).

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani