Son yenilənmə tarixi 07/09/2023 by Leyla Xanım
Ərzaqlar:
8 st.su
1 dəstə reyhan
7 x/q. şəkər tozu
1 ç/q. limon duzu
Varsa suyu sıxılmış yarım limon
Hazırlanması:
Sürahiyə yuyulub təmizlənmiş reyhanı 2-3 parçaya ayıraraq qoyun. Üzərinə qaynar suyu və şəkər tozunu tökün.
şəkər əridikdən sonra üzərinə limon duzunu və limon qabığını əlavə edin. İlıqlaşdıqdan sonra soyuducuya qoyun.
Zövqə görə içərisinə buz ataraq içə bilərsiniz.NUŞ OLSUN.
QEYD: Həm ucuz,həm vitaminli, həm də təbii bu şərbətləri uşaqlarınıza rahatlıqla verə bilərsiniz. Hazır məhsulların içində çox zərərli şeyler olduğu üçün sağlam bir nəsil yetişdirmək üçün gənc analarımıza belə təbii məhsullar hazırlamağı məsləhət görürəm.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!