Son yenilənmə tarixi 04/11/2023 by Leyla Xanım
Ərzaqlar:
3 s. st. süd
7 x./q. şəkər tozu
7 x./q.mannı (krupa)
1 paket vanilya
1 paket krem şanti
Üzəri üçün:
kokos
Hazırlanması:
Südü, şəkər tozunu.mannı krupanı və vanilyanı qazana töküb qarışdırın.Qatılaşana qədər ocaqda bişirin.Soyutmaq üçün bir az kənarda saxlayın və əlinizi yandırmayacaq şəkildə olduğu zaman krem şantini qatıb yoğurun, əlinizi arada bir isladaraq şəkildə gördüyünüz kimi toplar düzəldib kokosa batırın.Soyuducuda 2 -3 saat saxlayıb sevis edin.Evdə də raffaello hazırlaya bildiyinizi görəcəksiniz, həm asan,həm də ucuz. NUŞ OLSUN!
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
cox eladi beyendim elaaaaaaaaaaaaaa//////////////
Çux eladi bisirdim dadi hele resepteki kimidir
super
cox qozel qorunur resepin yazdim insallah mutleq bisirib dadina baxacam
Krem şantini toz halında, yoxsa krem halında mehlula qatmaq lazımdır? Manna(krupa) adi mannadır?
Bəli, toz halında qatılır və manna krupadır.
Mən bu şirniyyatı hazırladım. Təşəkkür edirəm!!! :*:*:*
Əladır
əla…
İçinə badam ləpəsi də əlavə etmək olar
Soyuduqdan sonra içərisinə xırda doğranmış əlavə edəbilərsiniz.
eladi cox xowuma geldi
Men bu resepti qızma hazırladım ve çox bəyəndi
Salam xahish edirem mumkun qeder tez cavablandirasiz sualimi.Men krem shantini aldim toz halindadi 1 qutunun icinnen 2packa cixdi yeni ikisi 150 qramdi indi men her ikisini elave etmeliyem ya birini?bugun hazirlayacam xahish edirem tez cavab yazasiz..eVVELCEDEN TESHEKKURLER
75qr yetərlidir.