Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Rəngli Meyvəli Tort Resepti, Rəngli Meyvəli Tort Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Rəngli Meyvəli Tort

Son yenilənmə tarixi 11/11/2023 by Leyla Xanım

renglimeyvelitort

reklam



Ərzaqlar:

7 ədəd yumurta
500 qr.şəkər tozu
200qr. duru yağ
600qr. un
2 paket qabartma tozu
1 çay qaşığı kakao
1 çay qaşığı qırmızı qida boyası
8-10 yarpaq ispanaq
1x/q. duru yağ

İç kremi üçün:
2 paket vanilyalı və ya bananlı pudinq
5 su stəkanı(1000qr.)süd(pudinqin üzərinə 7 stəkan yazılır.Amma tortun arasına sürmək üçün az südlə hazırlayırıq.

Üzəri üçün:
2 paket krem şanti
4 su stəkanı süd

İçi üçün:
banan
kivi
çiyələk
damla şokolad


Hazırlanması:

Yumurta və şəkər tozunu ağaranadək çalın.Üzərinə duru yağı əlavə edib çırpın.Qabartma tozu qarışdırılmış unu da əlavə edib çalın. Bu qarışımı 4 bərabər hissəyə bölün.Qarışımlardan birinə kakao əlavə edin.(qəhvərəngi üçün)Birinə qırmızı qida boyası əlavə edin.(qırmızı rəng üçün)İspanaq yarpaqlarını yuyub blendıra qoyub üzərinə bir qaşıq duru yağı töküb püre halına gətirin.(yaşıl rəng üçün)Biri sadə qalır.Tək-tək 175 dərəcədə üzəri qızarana qədər bişirin.(kibriti batırdığınızda quru çıxırsa bişmiş deməkdir)İlk 15 dəqiqə duxovkanın ağzını açmayın.Biskvitləri bişirdiyiniz qabı əvvəlcə marqarinlə yağlayıb sonra unlayın.(yapışmasın deyə)
Biskvitlər bişərkən pudinqlər və krem şanti ayrı-ayrı qablarda hazırlanır.
Meyvələr dilimlənir.Biskvitlər istədiyin şəkildə sıraynan düzüb arasına pudinq sürərək üzərinə istədiyiniz meyvələri düzün. Sonda üzəriniə krem şanti ilə bəzəyərək istədiyiniz şəkildə bəzəyin.NUŞ OLSUN.

QEYD: Dadının ləzzətli olması üçün bir gün soyuducuda saxlayın.

renglimeyvelitort2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. qafar dedi ki:

    ela

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani