Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Quzu Qol Kababı Resepti, Quzu Qol Kababı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Quzu Qol Kababı

Son yenilənmə tarixi 03/09/2023 by Leyla Xanım

quzuqolkababi

reklam



Ərzaqlar:

1 ədəd quzu qol(1300qr.)
1 ç.q. duz
istiot
Zövqə görə 3-4 diş sarımsaq

Bəzəyi üçün:
1 ədəd qırmızı bolqar bibəri
1 ədəd sarı bibər
1 ədəd yaşıl bibər
1 x/q. duru yağ


Hazırlanması:

Quzu qolu təmiz yuyun duzlayın istiot vurun.Zövqə görə üzərini 3-4 yerdən deşib sarımsaqları və istərsəniz yumru istiotlar da səpib qalın dəmir qazanın içinə yerləşdirin.(şəkildəki kimi)Qazanın qapağını örtün.
Burda önəmnli olan nöqtə çox qısıq odda qapağını heç açmadan bişəcək.1 saat sonra ət suyunu buraxacaq.Bu ətin bişmə müddəti 4 saatdır.Qazanın qapağında deşik varsa bağlayın, yoxsa su buxarlanar.
Bu 4 saat müddətində 2-3 dəfə çevirin.Suyunu çəkib sümüyündən ayrılan əti çox parçalamadan böyük parçalar şəklində tefal pəncərəyə qoyaraq qazandaki ətin yağını üzərinə tökərək bir az qızardın.Quzu qol kebabınız hazırdır.NUŞ OLSUN.
Bəzəyi hazırlamaq üçün:
İsti bir tavada 1 xörək qaşığı yağın içinə iri iri doğranmış bibərləri qoyub qapağını örtün. Hər iki üzünə çevirərək qızardın.
QEYD : Bu xörək çox asan bişən bir xörəkdir. Bayramda vəya qonaq qəbul etdiyiniz zaman siz salatınızı, plovunuzu hazırlarkən bu xörək öz-özünə bişəcəkdir.

Rəna xanım – Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani