Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Quzu qabırğa qızartması Resepti, Quzu qabırğa qızartması Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Quzu qabırğa qızartması

Son yenilənmə tarixi 12/08/2023 by Leyla Xanım

quzuqabirgaqizartmasi

reklam



Ərzaqlar:

500 qr.quzu qabırğa

Yumşalması üçün:
3 x/q.duru yağ
1 ədəd sürtgeçdən keçirilmiş soğan
2 çay qaşığı tomat
yarım çay stəkanı süd və ya qatıq
duz
kəklikotu

Qızartmaq üçün:
duru yağ


Hazırlanması:

Quzu qabırğaların yumşalması üçün ərzaqları qarışdırın. Qabırğaları bu qarışımın içinə töküb ətləri massaj edən kimi qarışdırın ki, bu qarışımı ət canına çəksin. Ağzı bağlı şəkildə bu ətli qarışımı soyuducuda 1-2 saat saxlayın.(vaxtınız varsa bir gün saxlarsnız daha yumşaq, daha dadlı olacaqdır.)

Tavada yağı qızdırın.
Qabırğaları tavaya düzün. Ağzını qapatın. Ocağın altını azaldın. 4 dəq. bişirin.4 dəq.
Tavanın ağzını açıb ətləri çevirin. 4 dəq. yenə ətlərin digər tərəfi bişsin.4 dəq.
Təkrar tavanın ağzını açıb qarışıq olaraq qarışdıraraq 4 dəq. yenə bişirin. 4 dəq.
Cəmi 12 dəqiqə tavada bişirilir.
Sonra duxovkada 150 dərəcədə (əvvəlcədən isinmiş) 10 dəqiqə bişirin.
Quzu qabırğa qızartması hazırdır. NUŞ OLSUN.

QEYD: Bu kabab ləzzəti verən quzu qabırğa qızrtmasını Reseptler.com da olan kartof qızartmaları, kartof püresi vəya plovlarla süfrəyə verə bilərsiniz.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani