Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Quba Tıxması (Bulka) Resepti, Quba Tıxması (Bulka) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Quba Tıxması (Bulka)

Son yenilənmə tarixi 08/08/2023 by Leyla Xanım

qubatixmasi

reklam



Ərzaqlar:

Xəmiri üçün:
650 qr. ə’la növ un
1 su st.ilıq süd
2 yumurta
100 qr. yumşalmış kərəyağ
20 qr. maya
duz
İçi üçün:
150-200 qr.əridilmiş kərəyağı
1 su st. şəkər
1 yumurta sarısı
darçın
aldığı qədər un
Üzəri üçün:
zəfəran suyu tökülmüş yumurta sarısı

Hazırlanması:

İlıq süddə mayanı əridib üzərinə digər ərzaqları əlavə edib xəmir yoğurun.
Xəmirin üstünü örtüb isti yerə qoyun.
Xəmir acıyana qədər içi hazırlayaq:
Un, şəkər,ədviyyat, ərinmiş yağ tökülərək dənəvər iç alınıncaya qədər qarışdırılır,əldə ovuşduraraq nə çox quru,nə də çox sulu bir iç hazırlanır.(qoğalın, kətənin içi kimi)
Xəmir gəldikdən sonra kündələrə ayrılır.1,5-2 mm qalınlığında yayılıb, dürmək (mütəkkə) kimi bükülür.Bükülən dürməklər tikələrə bölünür,ortası baş barmaqla oyularaq çökək hazırlanır.Bu çökəyin içinə iç qoyulub tıxma (bulka) hazırlanır.20-25 dəqiqə isti yerdə saxlanıb üzərinə zəfəran suyu tökülmüş yumurta sarısı çəkilir.160-180 dərəcədə 35-40 dəqiqə üzəri qızarana qədər bişirilir. NUŞ OLSUN!
QEYD: Çox şirin sevirsinizsə şəkərin miqdarını artıra bilərsiniz.Tıxmaların hazırlanması qoğalın hazırlanmasına bənzəyir.Həm içi, həm də kündələrin hazırlanması qoğalın kündəsinə bənzəyir.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. gunay dedi ki:

    çok guzel alınıyor. çok çabuk sizde deneyin çokk guzel

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani