Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qozlu Krokanlı Balqabaq Şirniyyatı Resepti, Qozlu Krokanlı Balqabaq Şirniyyatı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qozlu Krokanlı Balqabaq Şirniyyatı

Son yenilənmə tarixi 30/08/2023 by Leyla Xanım

qozlubalqabaqlisirniyyat

reklam



Ərzaqlar:

1,5  kq. balqabaq
1,5 s. st. şəkər  tozu
1 ç./q. darçın

Krokanı üçün:
1 s. st. qoz (fındıq)
1 s. st. şəkər tozu

Üzəri üçün:
1 paket krem şanti (75 qr.)


Hazırlanması:

Balqabağını  soyub  dilimləyərək xırda xırda doğrayın. Qazana töküb üstünə də şəkər tozunu  və darçını əlavə edərək bişirin.Balqabaq suyunu buraxdıqdan sonra qapağını açıq qoyun ki suyunu çəksin.Suyunu çəkən balqabağı ya blenderden yoxsa da kartof əzənlə əzinŞəkil vermək üçün istediyiniz bir qaba boşaldın, üzərini qaşıqla düzəldin,Üstündə qaşıqla bir yol şəklində boşluq açın ki içinə krem şanti qoya biləsiniz.Kənarlarına  da şəkildəki  kimi krokan sepin.Şirniyyatınız hazırdır.NUŞ OLSUN.

Krem şantini paketin üzərində yazdığı kimi hazırlayın .

KROKANIN HAZIRLANMASI:Şəkər tozunu  dəmir (tunc) tavaya tökün və vam odda əridin, arada bir qarışdırın ki, yanmasın .Çünki şəkər tez yanar çox diqqətli olmaq lazımdır.Qaynamaya başladığında içinə qozu (fındıq da ola  bilər)əlavə  edib qarışdırırıq.Təkrar qaynamaya başladığında duxovkanın listinə  yayaraq  boşaldın,ki soyusun.  Soyuyub bərkidikdən  sonra listdən çıxarıb oxloyla   və ya sizin üçün nə asan gəlirsə onunla əzin.(Şəkildə gördüyünüz kimi)

QEYD: Qışda balqabaq həm bol olur,  həm də çox faydalı olduğu üçün reseptler.com.  sitəsində olsun istədim,İnşallah bəyənirsiniz. 🙂

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani