Son yenilənmə tarixi 11/01/2024 by Leyla Xanım
Ərzaqlar:
300 qr.yumşaq qoyun əti
1 ədəd soğan
4 ədəd iri kartof
3 diş sarımsaq
3 ədəd pomidor
3 ədəd bibər
duz, istiot
Zövqə görə
Göyərti,ədviyyat
Sous üçün:
1 çay qaşığı tomat
Ərzaqlar:
Kartofları soyub yuyaraq otadan ikiyə bölün. Yumşaq qoyun ətini xırda xırda doğrayın.
Kartoflarını içini oyun. Kartofların alt tərəfinidə azacık kəsin ki,dik dursun.İçini çox oymayın.
Kartofları isti bol yağda qızardın.
Soğan və bibəri doğrayıb az yağda qovurun. Xırda doğranmış ətləri əlavə edib suyunu çəkənə qədər qovurun. Üzərinə pomidorlarıda doğrayıb 15 dəqiqə bişirin.Göyərtini,duzu,istiotu,sarımsağı da əlavə edib ocağın altını söndürün.
Hazırladığınız bu qarışımı qızardılmış kartofların içinə doldurun. Üzərini bir dilim pomidorla qapatın.
Tomatı 2 su stəkanı su ilə qarışdırıb dolmaların arasına tökün. Dolmaları düzdüyünüz qabın ağzını qapatın.200 dərəcədə 30 dəqiqə bişirin. NUŞ OLSUN.
QEYD: Kartof sayısını artıra bilərsiniz.Bizim bu reseptdə 4 kartofu ikiyə bölərək 8 dolma əldə etdik.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!