Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qiyməli Bulqurlu Börək Resepti, Qiyməli Bulqurlu Börək Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qiyməli Bulqurlu Börək

Son yenilənmə tarixi 22/11/2023 by Leyla Xanım

qiymelibulqurluborek
Resept aşağıda yer alır. Nuş olsun!

reklam



Ərzaqlar:

Yarım kq qiymə
6 ədəd lavaş (yuxa)
1 armudu stəkan incə bulqur
1 çay stəkanı doğranmış qoz ləpəsi
3 ədəd qırmızı bolqar bibəri
2 baş soğan
Bir çay stəkanı zeytun yağı (duru yağ)
Yarım dəstə cəfəri
2 ədəd yumurta
1 çay stəkanı üyüdülmüş quru çörək (suxari)
Duz, istiot, sarıkök, üyüdülmüş qırmızı acı bibər – zövqə görə

Qızartmaq üçün:
Zeytun yağı (Duru yağı)


Hazırlanması:

Əvvəlcə bulqurun üzərinə 1 stəkan qaynar su əlavə edib kənara qoyuruq.
Soğanı doğrayıb üzərinə qiyməni əlavə edirik.
Suyu çəkilənə yaxın bibəri xırda-xırda doğrayıb qiymənin üzərinə əlavə edirik.
Daha sonra islanmış bulquru qarışığa əlavə edirik.
Ədviyyatları da qiyməyə əlavə edirik.
Doğranmış qoz ləpəsini də əlavə edirik.
Cəfəri əlavə etdikdən sonra qiyməni sobanın üzərindən götürürük.
Yarım stəkan su ilə yarım stəkan duru yağı qarışdırırıq.
Lavaşı 3 künc şəkildə 4 yerə bölürük, iridirsə 6 yerə də bölmək olar. Fırça ilə lavaşların hər yerini isladırıq.
Və hər birinə 1 xörək qaşığı olmaqla qiymədən qoyuruq.
Şəkildəki kimi bükürük.
Əvvəlcə yumurtaya, sonra qurudulmuş çörək ovuntusuna batırırıq.
Tavaya duru yağ əlavə edib börəkləri qızardırıq. Və artıq hazır oldu. Nuş olsun!

Qadin.net


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani