Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qiyməli Blinçik Resepti, Qiyməli Blinçik Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qiyməli Blinçik

Son yenilənmə tarixi 07/10/2023 by Leyla Xanım

qiymeliblincikRəna xanımın resepti;

reklam



Ərzaqlar:

Blinçikin xəmiri üçün:
400qr.süd
100qr.su
2 yumurta
duz
un (göz qərarı tökürsən təxminən 400-450qr.)

İçi üçün:
250 qr. qiymə
1 ədəd quru soğan
duru yağ


Hazırlanması:

Blinçikin xəmirini hazırlamaq üçün südü, suyu və yumurtanı töküb yaxşıca qarışdırırıq.Üzərinə unu da əlavə edib sıyıq bir xəmir hazırlayırıq.İsti tavaya bir çömçə töküb tavanı əlində havada əyərək qarışımı tavanın hər tərəfinə yayırsan.Bir neçə dəfə bu işi gördükdən sonra əliniz öyrənəcəkdir.
Qiyməni qovurmaq üçün ayrı bir tavada sürtgəcdən keçirilmiş soğan qarışdırılmış qiyməni qovurursan.
Hazırladığın blinçiklərin içinə bu qiymədən qoyub bükürsən.NUŞ OLSUN.
QEYD: Zövqə görə bükülmüş hazır blinçikləri tavada yağda qızarda da bilərsən.Ama çox yağlı olmasını istəmirsinizsə bu şəkildə hazırlayın.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani