Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qışlıq Əzmə Pomidor Turşusu Resepti, Qışlıq Əzmə Pomidor Turşusu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qışlıq Əzmə Pomidor Turşusu

Son yenilənmə tarixi 29/11/2023 by Leyla Xanım

qisliqezmepomidortursusu

reklam



Ərzaqlar:

5 kq pomidor
1 kq qırmızı bibər
1 kq acı yaşıl bibər
5 baş sarımsaq
2 stəkan üzüm sirkə
3 x/q. turşu duzu (iri duz)
1 ç/q.limon duzu


Hazırlanması:

Pomidorları,bibərləri yuyun. Sarımsaqları soyub təmizləyin. Bunları mətbəx robotundan (yoxsa ət maşınından)keçirin. Üzərinə sirkə, duz, limon duzunu qarışdırıb ləyəndə günəşə qoyun.Tez-tez qarışdırın. Sulanıb qabaracaqdır. Ona görə də tez-tez qarışdırmaq lazımdır.Bir gün günəşdə duracaqdır. Sonda qabarması bitincə bankalara doldurun ağzını möhkəm bağlayın. Varsa soyuducuda saxlayın,yoxsa sərin yerdə saxlayın. Qışda yeməklərin yanında çox gözəl olur. NUŞ OLSUN.

QEYD: Mən rezbalı bankalara yığdım. banka qaynadılmır,sadəcə qapağı qaynadıb bankanın ağzı bağlanır. Soyuducuya yığılır.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani