Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qaymaqlı Alma Resepti, Qaymaqlı Alma Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qaymaqlı Alma

Son yenilənmə tarixi 23/11/2023 by Leyla Xanım

qaymaqlialma

reklam



Ərzaqlar:

12 ədəd alma (sarı almalar daha ləzzətli olur)
12 x/q. şəkər tozu (hər alma üçün 1 xörək qaşığı)

İçi üçün:
iri qırılmış qoz
1x/q. darçın

Üzəri üçün:
1 litr süd
100 qr. un
1 x/q. nişasta
200 qr. şəkər tozu
1 paket vanilya


Hazırlanması:

Almaları yuyub qabıqlarını soyun. İçlərini alma bütöv qalacaq şəkildə oyun. Hər almanın içinə 1 xörək qaşığı şəkər tozu tökün. Dayaz bir qazana və ya dərin bir tavaya düzün. Almaların yarısına qədər su tokün.
Almalar əzilmədən bütöv şəkildə bişirin.
Soyutma kimi bişirdiyiniz bu almaların içinə əzilmiş qoz və darçın qarışımını qoyaraq şəkildə gördüyünüz kimi bir az dərin bir nimçələrə düzün.
Ayrı bir qazanda un, nişasta şəkər tozu və vanilyanı qarışdıraraq üzərinə yavaş-yavaş südü əlavə edin. Ocaqda qaynamaya başlayana qədər qarışdıra-qarışdıra bişirin. Qaynamaya başladıqdan 2-3 dəqiqə sonra ocaqdan alın.
Ocaaqdan aldıqdan sonra mikserlə və ya tel çırpıcı ilə yaxşıca çırpın.
Bu qarışımı Nimçələrə düzdüyünüz almaların üzərinə tökün. Soyuducuya qoyun. Soyuq olduğu zaman çox daha gözəl olur. NUŞ OLSUN.
QEYD: Üzərini istədiyiniz kimi qoz, fındıq, fıstıq, kakosla bəzəyə bilərsiniz.

qaymaqlialma2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani