Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qatıqlı Qozlu Kabaq Salatı Resepti, Qatıqlı Qozlu Kabaq Salatı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qatıqlı Qozlu Kabaq Salatı

Son yenilənmə tarixi 21/09/2023 by Leyla Xanım

qatiqliqozlukabaqsalati

reklam



Ərzaqlar:

3-4 ədəd kabaq
3-4 x/q.qatıq
1-2 diş sarımsaq
duz
qoz
şüyüd
Zövqə görə zeytun yağı


Hazırlanması:

Kabaqları təmiz yuyub sürtgəçdən keçirin.Yağsız tavada suyunu çəkənə qədər qarışdıraraq bişirin.Suyunu çəkmiş kabaqları soyuması üçün bir kənara qoyun.
Süzmə qatıqdan sarımsağlı qatıq hazırlayaraq soyumuş kabağın içinə qarışdır.
Süfrəyə verəcəyin boşqaba boşaldaraq üzərini qozla, şüyüdlə bəzəyin.NUŞ OLSUN.

QEYD:Zövqə görə içinə də xırda doğranmış qoz əlavə edə bilərsiniz.Eyni zamanda 1 xörək qaşığı mayonez də qata bilərsiniz. Sulu olmaması üçün süzmə qatıq tökülür. Normal qatıqdan da hazırlayıram .Amma 2-3 xörək qaşığı alıb ayrı bir boşqaba qoyuram, təxminən 15-20 dəqiqədən sonra boşqabın yanına suyu ayrılır.Suyunu süzüb istifadə edə bilərsiniz.Bunu süzmə qatıq yoxsa mən bunu necə hazırlayım deyənlər üçün yazdım.
Zövqə görə zeytunyağını da boşqaba qoyanda üzərinə 1 xörək qaşığı kimi gəzdirirsən.Olmasa da olur.Mən çox zaman zuytun yağısız hazırlayıram.Çox ləzzətli,çox da faydalıdır.Yeməklərin yanında məzə kimi və ya axşam yeməklərində hazırlaya bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani