Son yenilənmə tarixi 01/11/2023 by Leyla Xanım
Ərzaqlar:
6 ədəd yerkökü
6 ədəd kartof
3 ədəd çuğundur
3 ədəd yumurta
150 qr.toyuğun döş əti
200 qr. mayonez
100 qr. qaymaq(xama)
1 dəstə şüyüd
1 dəstə kişmiş
zövqə görə duz və istiot
Hazırlanması:
Kartofu, yumurtanı,çuğunduru və toyuğun döş ətini suda bişirin.
Bişən bu ərzaqları sürtgeçdən keçirin.
Toyuğun ətini didikləyin.
Göyərtiləri xırda-xırda doğrayın.
Mayonezi və xamanı,duz və istiotu da əlavə edin.
Bütün ərzaqları bir- birinə qarışdıraraq salatı hazırlayın. Üzərini qozla və göyərti ilə bəzəyə bilərsiniz. NUŞ OLSUN
QEYD: Çox asan və dadlı salatdır.Zövqə görə içinə qoz da əlavə edə bilərsiniz.
Mənbə: Cahidejibek.com
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
cok guzel salat