Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qarışıq Kələm Turşusu Resepti, Qarışıq Kələm Turşusu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qarışıq Kələm Turşusu

Son yenilənmə tarixi 07/08/2023 by Leyla Xanım

kelemtursusu

reklam



Ərzaqlar:

1 baş kələm
1 kilo tursuluq xiyar
1 kilo göy pomidor
1 kilo yerkökü
yarım kilo yasıl bibər
200 qram sarımsaq
1 dəstə cəfəri
1 dəstə kərəviz (myanxur) yarpağı
1 stəkan sirkə
Arzuya görə acı bibər
duz
1 litr suya 1 çay qaşığı şəkər tozu


Hazırlanması:

Bütün bu tərəvəzləri yuduqdan sonra istədiyiniz böyüklükdə doğrayın. Böyük bir qabın içində qarışdırın.
Sonra bu tərəvəzləri sırayla bankaya yığın. Ayrı bir qabda suyla duzu qarışdırın.(1 litr suya 5 xörək qasığı duz
Suyun içinə çiy yumurta salaraq duzun normal olub olmadığını yoxlayın, əgər yumurta suyun üzünə cıxırsa (50 qəpiklik qədər görünürsə) duzu normaldır.
Hazırladığınız suyu tərəvəzlərin üzərinə tökün.Sirkəni əlavə edin. Şəkər tozunu əlavə edin. Ağzını möhkəm bağlayın, əgər ərzağınızdan artıq qalsa səhəri gün bir az aşağı enəcək, əlavə edə bilərsiniz. Turşu hazır olana qədər açmayın. Nuş olsun.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani