Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qarışıq Giləmeyvəli Keks Resepti, Qarışıq Giləmeyvəli Keks Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qarışıq Giləmeyvəli Keks

Son yenilənmə tarixi 25/12/2023 by Leyla Xanım

qarisiqgilemeyvelikeks

reklam



Ərzaqlar:

2 stəkan əla növ un
2 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı duz
1/2 stəkan yumuşaq kərə yağı
1 stəkan şəkər tozu
4 yumurta
1 stəkan qatıq (turş olmasın)
1 stəkan qarışıq giləmeyvələr


Hazırlanması:

1. Sobanı 180C-dək qızdırın.

2. Bir qabda un, qabartma tozu və duzu qarışdırın.

3. Başqa iri bir qabda yağı və şəkəri mikserlə ağaranadək çırpın. Yumurtalarl bir-bir əlavə edərək, çırpın. Sonra qatığı əlavə edib qarışanadək çırpın. Unlu qarışığı bu qarışığa əlavə edib, bütün ərzaqlar qarışanadək çırpın.

4. Giləmeyvə və portaqal qabığını alınan kütləyə əlavə edib, giləmeyvələri əzmədən qaşıqla qarışdırın.

5.  21 X 11   santimetr ölçüləri olan keks formasının (kərpic şəklində olan forma) dibini və kənarlarını azacıq yağlayın.

6. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta rəfində təxminən 70 dəqiqə ərzində, üstü qızaranadək bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Keks ancaq tamamilə soyuduqdan sonra kəsilməlidir.

QEYD1: istədiyiniz  giləmeyvədən 3 növ seçin: çiyələk, moruq, böyürtgən və sairə. Çiyələkdən istifadə edəcəksinizsə, onu iri-idi doğrayın. Digər giləmeyvələr bütöv qalsın)
2 xörək qaşığı sürtkəcin iri dişindən keçirilmiş portaqal qabığı (istəyə görə limon qabığıyla da əvəz oluna bilər)

QEYD2: Burada qış boyu dükkanlarda buzluqda saxlanan giləmeyvələr satılır (frozen  berries). Əgər yaşadığınız yerdə bundan satılırsa, təzə giləmeyvələrin əvəzinə istifadə edə bilərsiniz. Buzluqdan çıxardıb, əritmədən, buzlu-buzlu xəmirə qatın.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. sevda dedi ki:

    supeeeeeeeeeeeeeerin superi

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani