Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qaraciyər Qızartması Resepti, Qaraciyər Qızartması Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qaraciyər Qızartması

Son yenilənmə tarixi 18/10/2023 by Leyla Xanım

qaraciyerqizartmasi

reklam



Ərzaqlar:

500 qr. qaraciyər
2 x/q. un
duz
yarım çay qaşığı istiot
yarım çay qaşığı soda (karbonat və ya qabartma tozu)
qırmızı toz bibər

Qızartmaq üçün:
duru yağ


Hazırlanması:

Qaraciyərləri kvadrat şəklində doğrayın.
Unu, sodanı,istıotu, zövqə görə qırmızı toz bibəri qarışdırın.
Doğradığınız qaraciyərləri bu unlu qarışıma bulayın.
Qaraciyərlərin ununu silkələyib isti yağda 3-4 dəqiqə qızardın.
Qızarmış qaraciyərlərə isti-isti duz tökün. NUŞ OLSUN.

QEYD: duzu sonda vurmada məqsəd qaraciyərin yumşaq olmasıdır.
Yanına kartof qızartması hazırlaya bilərsiniz.
Cəfərini xırda xırda doğrayın. Soğanı yuvarlaq doğrayın. Sumaq, cəfəri və soğanı qarışdırın.
Boşqaba əvvəlcə kartof qızartmasını, sonra qaraciyəri və ən sonda da soğanlı qarışımı qoyun. Nuş olsun.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani