Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные “Qadın Barmağı” Qurabiyəsi Resepti, “Qadın Barmağı” Qurabiyəsi Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



“Qadın Barmağı” Qurabiyəsi

Son yenilənmə tarixi 16/12/2023 by Leyla Xanım

qadinbarmagiqurabiyesi

reklam



Ərzaqlar:

Təxminən 24 ədəd iri qurabiyə və ya 28-30 ədəd balaca qurabiyə üçün

3 ədəd yumurta – ağını sarısından ayırın
6 xörək qaşığı şəkər tozu (75 qram)
Bir stəkanın dörtdə üçü (95 qram)  un
2 xörək qaşığı qarğıdalı nişastası
5 xörək qaşığı şəkər kirşanı (pudrası)


Hazırlanması:

Sobanı 175Cdək qızdırın. 2 ədəd soba listini duru yağla və ya kərə yağıyla yağlayın. Üstünə kalka kağızı sərin.

Yumurta ağlarını mikserlə yaxşıca çalın. Tədricən şəkər tozunu əlavə edib kütlə bərkiyənədək çalın.

Unu nişastayla qarışdırın. Kənara qoyun.

Ayrı qabda yumurta sarılarını cəngəllə  bir az qarışdırın. Bu kütləni taxta qaşıqla çaldığınız yumurta ağına əlavə edin və yavaşca kütlələri bir birinə yedirdin. Unlu qarışığı da buraya əlavə edib, qarışdırın. Mikserlə çalmayın. Yalnız və yalnız yüngülvari hərəkətlə kütlələri bir-birinə qaşırdırın. Əks tədqirdə qurabiyələr şişməyəcək.

Alınan kütləni qənnadı torbasına doldurun (qənnadı torbanız yoxdursa, sərt sellofan torbanın ucunu kəsib qənnadə torbası kimi istifadə edə bilərsiniz). Torbanı sıxaraq listə bir birindən 2 sm yarım məsafədə uzunluğu 12 sm, eni isə 2 sm olan barmaqlar düzün.

Şəkər kirşanının yarısını balaca ələk (çaysüzən) vasitəsiylə qurabiyələrin üstünə ələyin. 5 dəqiqə qalsınlar. Sonra isə qalan şəkər kirşanını da qurabiyələrin üstünə ələyin.

Kalka kağızına bir ucdan baş barmağınızla basın. Listləri bir az qaldırıb yüngülvari masaya vurun ki, artıq olan şəkər kirşanı tökülsün.

Qurabiyələri 10 dəqiqə ərzində  bişirin (bir list üstə, o biri aşağıda olmaq şərtilə). Sonra yerlərini dəyişdirib, 5 dəqiqə də  bişirin. Hazır qurabiyələr şişməli və üstləri bir az qızarmalıdır (çox deyil, şəkildəki kimi).

Listləri sobadan çıxardın. Qoyun qurabiyələr listdə 5 dəqiqə soyusun, sonra kalka kağızından soyub çıxardın. Qurabiyələr tamamən soyuduqdan sonra ağzı kip  bağlı qabda 2-3 həftə qala bilər. Nuş olsun!

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. guzel dedi ki:

    niwasta biraz cok diyilmi ama ben hazirladim cok super alindi

  2. guzel dedi ki:

    ayda men biwirdim yaxwidi bilirsinizmi?title=””>

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani