Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qabırğa Plov Resepti, Qabırğa Plov Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Qabırğa Plov

Son yenilənmə tarixi 20/01/2024 by Leyla Xanım

qabirgaplov

Rəna xanımın resepti;

reklam



Ərzaqlar:

250 qr. quzu qabırğa
300 qr. düyü
2-3 ədəd yerkökü
1 ədəd soğan
duru yağ və ya kərəyağ
2-3 damcı limon suyu


Hazırlanması:

Düyünü duzlu suda isladın.
Quzu qabırğalarını 3-e bölün.
Doğradığınız qabırğaları qazana töküb 5 dəqiqə qovurururuq. Xırda xırda doğradığınız soğanları suyunu buraxmış ətin üzərinə tökün, qovurun.Üzərinə 1 stəkan su töküb əti bişirin.(ətin bişməsinə görə su artıra bilərsiniz)Bişmiş ətin üzərinə kibrit uzunluğunda doğradığınız yerkökünü töküb 3-5 dəqiqə qovurun.İslanmış düyünü təmiz soyuq suda yuyub süzərək yerkökü və ətli soğanlı qarışımın üzərinə tökün. Üzərinə çıxacaq qədər(təxminən 2 stəkan) su töküb qarışdıraraq qapağını örtün.Eyni zamanda duzunu və limon suyunu da tökürsən.Suyunu çəkənə qədər bişirirsən.
Ağzını təmiz dəsmalla örtüb dəmə qoyun. Qabırğa plovunuz hazırdır. Nuş olsun.

QEYD: əti biraz az bişirin çünki düyü ilə də bişəcəkdir.(ama çiy də qalmasın:)


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani