Son yenilənmə tarixi 15/11/2023 by Leyla Xanım
Ərzaqlar:
Qoyun əti – 163 q.
Pomidor – 300 q.
Baş soğan – 20 q.
Ərinmiş yağ – 20 q.
Göyərti (reyhan, keşniş) – 15 q.
Darçın – 0,2 q.
Qatıq – 50 q.
İstiot – 0,1 q.
Duz
Hazırlanması:
Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır. Orta ölçüdə bərk pomidor seçilib təpəsi kəsilir və özəyi çıxarılır. Hazırlanmış pomidora qiymə doldurulur, dayaz qazana yığılır. Üzərinə pomidordan çıxarılmış özəyin yağda qızardılması ilə hazırlanmış sous əlavə edilib öz buğunda bişirilir.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
superdi
guzel