Son yenilənmə tarixi 12/09/2023 by Leyla Xanım
Ərzaqlar:
3 kq pomidor
Yarım çay st. qarğıdalı yağı
15 diş sarımsaq
2 x/q üzüm sirkəsi
2 ədəd kəsmə şəkər
1x/q duz
Hazırlanması:
Pomidorların qabıqlarını soyun (bərk pomidoru isti suya sal asan soyulsun). Sarımsaqları bir az yağda qovurub üstünə doğranmış pomidorları tökün. Yarım saat qaynat. Üstünə çıxan kefi və suyu aldığın zaman pomidor daha tez bişir və daha qatı və ləzzətli olur. Suyu azaldığında duz və sirkəsini əlave edin. Ələkdən keçirin və qaynar halda bankalara doldurun və ağzını bağlayın. İstəsəniz “rezbovoy” qapaqlada bağlaya bilərsiniz ama qapaqlar işlenməmiş olmalıdı. Və bağlamadan əvvəl 10 dəq suda qaynamalıdı. Bağlanmış bankaları tərsine çevirin soyuyana qədər. Qışda həm təzə pomidor kimi xörəklərə həmdə məzə kimi istifadə edə bilərsiniz. Nuş Olsun!