Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Pendirli Qurabiyə Resepti, Pendirli Qurabiyə Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Pendirli Qurabiyə

Son yenilənmə tarixi 21/10/2023 by Leyla Xanım

Pendirli Qurabiyə

Təxminən 40 ədəd qurabiyə hazırlamaq üçün lazım olan

 

reklam



Ərzaqlar:

Xəmir üçün:

3 fincan (yaxud bir qədər əlavə ) ələnmiş un
1 çay qasığı duz
250 qr duzsuz kərə yağı, otaq tempraturunda yumşaldılmış (isitmək və əritmək olmaz)
6 dolu çay qaşıgı sürtkəcdən keçirilmiş Mosarella pendiri
1 yumurtanın ağı

Üzərinə çəkmək üçün:

1 ədəd yumurtanın sarısı (əgər yumurta balacadırsa 2 ədəd)
Paprika


Hazırlanması:

İlk olaraq xəmir hazırlanır. Böyük qaba 3 fincan un, duz, yağ, pendir və yumurta ağı tökülür. Əl ilə qarışdırılır, sonra yoğrulur. Əgər ehtiyac varsa artıq un əlavə olunur. Ehtiyatlı olmaq lazımdır ki, un çox olmasın yoxsa xəmir bərk alınar. Xəmir yapışqan deyil elastik olmalıdır.

Xəmir iki kündəyə ayrılır. Üzəri mətbəx dəsmalı ilə örtülür və 10 dəqiqə dincəlməyə qoyulur.

Soba 175C dərəcəyədək qızdırılır. Qurabiyə bişiriləcək listə perqament kağızı yerləşdırılır.

Kündələr oxlovla təxminən 8 mm qalınlığında dairəvi yaxud dördkünc açılır. Kəsici alətlə xəmir zövqə görə istənilən formada kəsilir. Sonra bişiriləcək listin üzərinə yerləşdirilir. Xəmirin üzərinə yumurta sarısı çəkilir və bir qədər paprika səpilir.
Təxminən 30 dəqiqə, üzəri azca qızılı rəng alanadək bişirilir. Tam soyuduqdan sonra süfrəyə verilir.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani