Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Pendirli Qoğal Resepti, Pendirli Qoğal Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Pendirli Qoğal

Son yenilənmə tarixi 03/09/2023 by Leyla Xanım

pendirliqogal

reklam



Ərzaqlar:

Xəmiri üçün:
1 su st.süd
1 ç.st. duru yağ
2 x/q. şəkər tozu
1 ç/q.duz
50 qr.maya
Aldığı qədər un

İç xərci üçün:
Pendir
Zövqə görə ədviyyat

Üzəri üçün:
Yumurta sarısı


Hazırlanması:

Xəmir üçün olan bütün ərzaqları qarışdırıb orta yumşaqlıqda ələ yapışmayan bir xəmir yoğurun.Üzərini bir dəsmalla örtüb 30 dəqiqə mayalandırın.Xəmir iki qatına çıxıbsa mayalanmış deməkdir.Mayalanmış xəmiri 3 kündəyə bölün.Kündənin birini alıb oxlovla yayın.Yaydığınız xəmirin içinə çəngəllə əzdiyiniz pendiri yuxanın hər tərəfinə səpələyin.Sonra bu xəmiri rulet kimi bükün.Rulet kimi bükülmüş xəmiri iti bıçaqla 2 cm -lik parçalara bölərək kəsin.Kəsilmiş pendirli qoğalları duxovkanın listinə düzün.Digər 2 kündəni də eyni şəkildə hazırlayın.Kəsib hazırladığınız bu qoğalları 15 dəqiqə listdə saxlayın.Üzərinə yumurta sarısı çəkib 190 dərəcədə üzəri qızarana qədər bişirin. NUŞ OLSUN.
QEYD:İti bıçaq istifadə edin,çünki xəmir çox bərk xəmir olmur.Qoğalın şəkli pozula bilər.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. Gunka dedi ki:

    cox sagolun bu resepti biznen paylasdiginiz ucun tesekurler

  2. Gunka dedi ki:

    Sagolun bu resepdi biznen paylasdiginiz ucun

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani