Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Pendirli Makaron Resepti, Pendirli Makaron Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Pendirli Makaron

Son yenilənmə tarixi 31/12/2023 by Leyla Xanım

pendirlimakaron

reklam



Ərzaqlar:

1 paket (500qr.) makaron
2 x/q.kərəyağı
2 x/q. un
1 litr süd
150-200qr. holland pendiri


Hazırlanması:

Qaynayan suya duz töküb makaronu əlavə edin.Paketin üzərində yazıldığı kimi təxminən 8-10 dəqiqə bişirin.
Ayrı bir qazanda kərəyağını əridib üzərinə un əlavə edərək 3-4 dəqiqə qovurun. Qoxusu çıxan unun üzərinə az- az süd əlavə edib qarışdıraraq qatılaşana qədər bişirin. Sonda bu qarışıma yarım çay qaşığı da duz töküb bişib süzülmüş makaronun üzərinə tökərək qarışdırın. Sürtgeçdən keçirdiyiniz pendiri üzərinə səpələyib duxovkada üzəri qızarana qədər bişirin. Bişən pendirli makaronu 10-15 dəqiqə soyuduqdan sonra süfrəyə verə bilərsiniz. NUŞ OLSUN.

pendirlimakaron2

pendirlimakaron3

pendirlimakaron4

pendirlimakaron5

pendirlimakaron6

pendirlimakaron7


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani