Ərzaqlar:
500qr. qiymə
1ədəd soğan
2 dilim bayat çörək
2 diş sarımsaq
cəfəri
duz,istiot
Kartof Püresi üçün:
5 ədəd soyutma bişmiş kartof
1 stəkan süd
1 x/q. kərəyağı
duz
Üzəri üçün:
100qr. holland pendiri
Sousu üçün:
1 x/q.tomat
3x/q. kərəyağı vəya duru yağ
1 stəkan isti su
Hazırlanması:
Kotleti hazırlamaq üçün qiymənin üzərinə soğanı sarımsağı sürtgeçdən keçirin. Bayat çörəyi isladın,yoğurun.
Limon böyüklüyündə alıb əlində yuvarlayıb ortasına dəlik açırsan,yağlanmış listə düzüb 10-15 dəqiqə bişirin. Kartof püresi üçün kartofları püre şəklində bişirib içinə südü kərəyağını töküb püreni hazırlayın.Hazırladığınız püreni bişmiş kotletin ortasındakı çuxura qoyun.Üzərinə sürtgəçdən keçirilmiş holland pendiri səpərək üzərinə də sousu töküb duxovkada üzəri qızarana qədər bişirin. NUŞ OLSUN.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!


Bir cavab yazın