Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Pavlova Tortu Resepti, Pavlova Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Pavlova Tortu

Son yenilənmə tarixi 29/11/2023 by Leyla Xanım

Pavlova Tortu

reklam



Ərzaqlar:

8 nəfərlik

Bizeni üçün:
1 çay qaşığı qarğıdalı nişastası
4 ədəd iri yumurtanın ağı (otaq tempraturunda)
1 çay qaşığı alma sirkəsi
1 fincan / 190 qr rafinə edilmiş – xırdalanmış şəkər tozu /əgər yoxdursa o zaman mətbəx kombaynında xıradalamq olar,lakin şəkər pudrasına çevrilməməlidir/
Yarım çay qaşığı tam vanil ekstraktı

Krem üçün:
Yağlılığı 35-40% olan 300 ml qaymaq /soyuq olmalıdır/
1 çay qaşığı şəkər tozu

Üzərini bəzəmək üçün:
Qarışıq giləmeyvələrdən təzə moruq və qaragilə, nanə yarpağı və şəkər pudrası.


Hazırlanması:

Bize bişiriləcək list /tava/ sobanın orta rəfində yerləşdirilir.

Böyük,təmiz və quru qabın içərisinə yumurtanın ağı tökülür,köpüklənənədək orta sürətlə mikser vasitəsiylə çalınır.

Üzərinə alma sirkəsi və qarğıdalı nişastası əlavə edilir. Təxminən 3 dəqiqə ərzində yumşaq köpük qalxana kimi yenidən çalınır.

Şəkər tozu az –az, hər dəfə 1 qaşıq tökülməklə əlavə edilir və kütlə bərkiyənəcən daha 5 dəqiqə çalınır. Sonra vanil əlavə edilib kütləyə qarışdırılır.

Listin /tavanın/ üzərinə perqament kağızı yerləşdirilir. Boşqabın ağız hissəsi perqament kağızının üzərinə qoyulub qələmlə dairə çəkilir. Kağızı o biri üzünə çevrilməlidir. Hazır bize kütləsi qaşıqla götürüb səliqəylə perqament kağızının üzərinə həmin dairə formasınca yayılmalıdır. Orta hissə isə bir qədər çökək olmalıdır. Çünki sonradan bizenin ortasına krem qoyulacaq.

Qapağı açılmadan, 1 saat 40 dəqiqə ərzində bize bərkiyənədək bişirilməlidir. Bize bişdikdən yani rəngi ağardıqdan sonra soba söndürülür ancaq qapağı açılmadan tam soyuyanadək bize sobada qalmalıdır. Bişmiş bizenin üzəri kövrək, içərisi yumşaq olur.

Sonra bizeni sobadan çıxarıb perqament kağızından ayırmaq və altlıqlı lövhəsinin üzərinə qoymaq lazımdır.

Krem hazırlamaq üçün isə orta ölçülü qabda qaymaq və şəkər tozu qatılaşana kimi mikserlə çalınır. Hazır krem qaşıqla bizenin ortasına eyni bərabərlikdə əlavə olunur. Üzərinə qarışıq giləmeyvələr- moruq və qaragilə qoyulur, nanə yarpağı ilə bəzədilir. Meyvələrin üzərinə az miqdarda şəkər pudrası səpilir.

Diqqət! Tort hazırlanandan dərhal sonra sevris edilməlidir. Çünki çox qalıdıqda bize üzərindəki kremin təsirindən sovrulur və kəsdikdə isə büzüşəcək. Nuş Olsun

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani