Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Özbək Plovu Resepti Resepti, Özbək Plovu Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Özbək Plovu Resepti

Son yenilənmə tarixi 12/08/2023 by Leyla Xanım

ozbek plovu

 

reklam



Ərzaqlar:

Qoyun əti 1kq

Qəhvə rəngli düyü 1 kq

Kök 1 kq

Bitki yağı 300 ml

Baş soğan 0,5 kq

3 baş sarımsaq

Narın xörək duzu

Ədviyyat

Qeyd: Fərqanə plovunda qəhvə rəngli düyüdən istifadə edilir.


Hazırlanması:

Düyü təmizlənir,yuyulur və ilıq suyun içərisinə tökülərək bir kənara qoyulur.

Fərqanə plovu üçün orijinal reseptlərdə daha çox quyruq yağından isitfadə edilir.

Sizlərə təqdim etdiyim bu reseptdə isə bitki yağı ilə olan variant göstərilir.Belə variantda plov daha həfif olur.

Yağ qazana tökülüb ocağa qoyulur və 5-6 dəqiqə isidilir.Yağ yaxşıca dağ olduqdan sonra içərisinə bir baş soğan atılır.

Bir müddət sonra soğan qaralacaqdır,bundan sonra onu qazandan çıxarıb atın

Tərkibdə göstərilən 0,5 kq soğan halqa şəklində doğranır

Həmin yağlı qazanda doğranmış soğan qovrulur

Soğan qovrulduqdan sonra üzərinə tikələrə ayrılmış qoyun əti əlavə olunur

Kök çubuq şəklində doğranır

Ət yaxşıca qovrulduqdan sonra,ədviyyat qatılır və yalnız bundan sonra üzərinə doğranmış kök əlavə edilir

(ətin qovrulma müddəti orta atəşdə 40-50 dəqiqə)

Bütün bunlar 2-3 dəqiqə daha qovrulduqdan sonra üzərinə 1 litr su əlavə olunur

Ardından sarımsaq əlavə edilir

Bunlar da yenə 40-50 dəqiqə orta atəşdə bişməyə davam edir

Hazır olmasını sarımsağın və ətin yumşalmasından bilmək olar.

Düyü sudan süzülür,ocaqda atəş maksimuma çıxarılır,düyü qazana əlavə olunur

Plovun bişməsi üçün atəş yüksək olmalıdır,bu müddətdə qarışdırmaq məsləhət görülmür.

Plovun suyu çəkildikdən sonra düyünün bişib-bişməməsini yoxlayın

Əgər tam bişməmişsə,təkrar aralara qaynanmış su əlavə edə bilərsiniz

Plov hazır olduqdan sonra ocaq söndürülür.1 ç.q. zirə düyünün üzərinə səpilir və qazanın qapağı örtülür

Yalnız 30-40 dəqiqə gözlədikdən sonra süfrəyə verilmədən qabaq plov yavaşca qarışdırılır.

Qadin.net


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani