Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Özbək Aşı Resepti, Özbək Aşı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Özbək Aşı

Son yenilənmə tarixi 25/11/2023 by Leyla Xanım

ozbekasi

reklam



Ərzaqlar:

450 q qoyun əti
250 q düyü
400 q yerkökü
120 q baş soğan
120 ml bitki yağı
duz
ədviyyat


Hazırlanması:

Yağı dağ edib xırda doğranıb, suyu çay dəsmalı ilə qurudulmuş qoyun ətini qızardın. Sonra kubik doğranmış baş soğanı əlavə edin. Hazır olan əti çuqun qazana yığın. Üstünə bir lay saman kimi doğranmış yerkökü düzün. Çalışın, ətlə qarışdırmayasınız, həmçinin nə ət, nə də yerkökü qazanın divarına dəyməsin.
Düyünü yuyun. Kökün üstünə tökün. Əlinizlə üstünü hamarlayın. Duz, ədviyyat (zəfərən, zirə, zirinc) səpib düyünün üstünə 0,5 sm çıxanadək su əlavə edin. Qazanın ağzını yaxşıca bağlayıb 20-30 dəqiqə vam odda bişirin.
Vaxtaşırı qazanın qapağını açaraq taxta qaşığın qulpu ilə düyüdə xırda dəliklər açın, bu, düyünün yaxşı bişməsinə kömək edər.
Hazır plovu təpələmə boşqaba çəkin.

Milli.az

Qeyd : Saytımızda yer alan digər Özbək Plovu resepti üçün bura basın.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

3 Yorum

  1. Gulgez dedi ki:

    mumkunse shekilli reseptler yerleshdirin chox rica edirem.

  2. Ayan dedi ki:

    Cok teaekkut ederim.ben yaptim.cok guzel oldu.ellerinize saglik.

  3. zara dedi ki:

    cok guzel simdi annem yapti ben yedim ne lezzetli ya cok ama cok guzel

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani