Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Oladi Tortu Resepti, Oladi Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Oladi Tortu

Son yenilənmə tarixi 12/09/2023 by Leyla Xanım

oladitortu

reklam



Ərzaqlar:

4 ədəd yumurta
1,5 qutu qatılaşdırılmış süd (skuşonka)
2 su st. un
1 paket qabartma tozu

 

Krem üçün:
500 qr. xama
250 qr. şəkər tozu
1 paket vanilya


Hazırlanması:

Yumurta  çalınır, üzərinə  qatılaşdırılmış südü əlavə edib  qarışdıraraq  çalınır.Qabartma tozu qarışdırılmış unu da qarışımın üzərinə əlavə edib qarışdırın. Qarışımın qatılığı təxminən blinçikin xəmiri kimi olmalıdır, bir az  ondan qatı olur.Çünki tortun xəmiri  qalın  blinçik kimi olur.(olladi)

Hazır qarışımdan  qaşıqla yağlı kağızın üzərinə istədiyiniz şəkildə çəkdiyiniz  şəkilin üzərinə tökün. Duxovkada   170 dərəcədə üzəri qızarana qədər bişirin. Xəmiriniz bitənə qədər bu işləmi davam etdirin.

Bişən qatları kağızdan çıxararaq hazırladığınız kremlə bəzəyə bilərsiniz.

Kremi hazırlamaq üçün şəkər tozunu və xamanı mikserlə yaxşıca çalırıq.Sonda vanilyanı da əlavə edib qarışdıraraq kreminizi hazırlaya bilərsiniz. NUŞ OLSUN.

oladitortuhaz

 


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. nazli dedi ki:

    biwirdim pis deyil

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani