Son yenilənmə tarixi 12/09/2023 by Leyla Xanım
Ərzaqlar:
4 ədəd yumurta
1,5 qutu qatılaşdırılmış süd (skuşonka)
2 su st. un
1 paket qabartma tozu
Krem üçün:
500 qr. xama
250 qr. şəkər tozu
1 paket vanilya
Hazırlanması:
Yumurta çalınır, üzərinə qatılaşdırılmış südü əlavə edib qarışdıraraq çalınır.Qabartma tozu qarışdırılmış unu da qarışımın üzərinə əlavə edib qarışdırın. Qarışımın qatılığı təxminən blinçikin xəmiri kimi olmalıdır, bir az ondan qatı olur.Çünki tortun xəmiri qalın blinçik kimi olur.(olladi)
Hazır qarışımdan qaşıqla yağlı kağızın üzərinə istədiyiniz şəkildə çəkdiyiniz şəkilin üzərinə tökün. Duxovkada 170 dərəcədə üzəri qızarana qədər bişirin. Xəmiriniz bitənə qədər bu işləmi davam etdirin.
Bişən qatları kağızdan çıxararaq hazırladığınız kremlə bəzəyə bilərsiniz.
Kremi hazırlamaq üçün şəkər tozunu və xamanı mikserlə yaxşıca çalırıq.Sonda vanilyanı da əlavə edib qarışdıraraq kreminizi hazırlaya bilərsiniz. NUŞ OLSUN.
biwirdim pis deyil
bele deeee