Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Novruz Bayramı Şəkərburası Resepti, Novruz Bayramı Şəkərburası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Novruz Bayramı Şəkərburası

Son yenilənmə tarixi 02/12/2023 by Leyla Xanım

novruzbayramsekerbura2

reklam



Ərzaqlar:

Xəmiri üçün:
1 kq.un
200 qr. smetan
250 qr. kərəyağı
2 yumurta
1 ç.st. süd
20 qr. yaşmaya və ya yarım ç.q.quru maya

içi üçün:
500 qr.qabığı təmizlənmiş qovrulmuş fındıq
400 qr. şəkər tozu
(Zövqə görə 500qr)
hil və ya vanilya


Hazırlanması:

Mayanı ilıq süddə əridin.
Qabda ələnmiş unun ortasına tökün.
Kərəyağını əridib üzərinə tökərək, yumurtanı və smetanı da qataraq xəmiri yoğurun.
Burda ən vacib nöqtə xəmiri yoğurub bitirdikdən sonra hazırlamaya başlayın.
Qozdan bir az böyük kündələr alıb oxlovla yayın.(çay nəlbəkisi boyda təxminən)
Şəkildə gördüyünüz kimi ovcunuzun içinə alıb 2 çay qaşığı qədər iç qoyub kənarlarını aşağıdan yuxarıya və ya yuxarıdan aşağıya burma şəklində bükün.
Üzərinə (hər yerdə satılır)şəkərbura maqqaşı ilə naxış vurulur(istədiyin naxış ola bilər)
150-160 dərəcədə 10-12 dəqiqə bişirilir.(Diqqətli olun üzəri qızarmasın,sadəcə qurumalıdır)NUŞ OLSUN.

QEYD: İçin hazırlanması üçün fındıq tavada qovrulur, qabığı təmizlənir.Mətbəx robotunda (ətçəkən maşından) çəkilir,içərisinə şəkər tozu və əzilmiş hil, vanilya qarışdırılır.Bükdüyünüzdə iç xəmirin uclarına dəyməməlidir ki bükmək çətin olmasın.
Sərin yerdə saxlayın və hazırlayın,çünki isti yerdə xəmir acıyır və üzərindəki şəkil pozulur.Şəkil verdikdən sonra sərin yerə qoyun ki,naxışlar qurusun.

novruzbayramisekerbura


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

3 Yorum

  1. Sədaqət dedi ki:

    Salam, bayramınız mübarək olsun. Xahiş edirəm türk şəkərburasının reseptini yazın.

  2. gunel dedi ki:

    cox gozel gorunusu var

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani