Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Napoleon Tortu Resepti, Napoleon Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Napoleon Tortu

Son yenilənmə tarixi 16/12/2023 by Leyla Xanım

Napoleon Tortu

Əvvəla bunu deyim ki, Napoleon bir neçə qayda ilə hazırlanır. Əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremini isə “zavarnoy” kremdir. Əgər sizin öxünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz.

reklam



Ərzaqlar:

Xəmir Üçün:
200 q soyuq kərə yağı – iri-iri doğrayın
4  stəkan un
1 yumurta
1 stəkan xama

Krem Üçün:
3 yumurta
1   stəkan yarım şəkər tozu
6 xörək qaşığı un və ya qarğıdalı nişastası (qaşığı çox doldurmayın)
4 stəkan süd
200 q kərə yağı


Hazırlanması:

Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın. Sonra bu kütləni orta odda qarışdıra-qarışdıra qatılaşanadək bişirin, təxminən 6-7 dəqiqə. Kənara çəkin. Qoyun bir 10 dəqiqə soyusun. Sonra üstünə kərə yağını əlavə edib krem halına gələnədək mikserkə çalın. Kremi soyuducuya qoyun.

İndi isə xəmiri hazırlayın. Bunun üçün qaba un və kərə yağını qoyun. Bunları ya bıçaq,  ya da barmaqlarınızla iri umac əldə edənə qədər  döyün.

Ayrı qabda yumurta və xamanı qarışdırın. Sonra bu qarışığı unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır (qeyd: adətən 4 stəkan un kifayət olur, amma əgər xəmir hələ də ələ yapışırsa, onda ona bir az da un əlavə edin).

Xəmiri 7 hissəyə bölüb kündələyin (8 kündə də ola bilər, istəsəniz). Kündələri sellofana büküb 2 saatlığa soyuducuya qoyun.

Xəmir soyuduqdan sonra bişirilməyə hazırdır.

Sobanı 200Cdək qızrıdın.

Kündələri bir-bir bişirin. Bunun üçün hər kündəni oxlovla təxminən 28 sm-lik kvadrat şəklində nazik-nazik açın. Formanızın ölçüləri fərqlidirsə, layların ölçüsünü ona görə edin. Laylar nazik olmalıdır, şəkildə gördüyünüz kimi. Açdığınız layı formaya yerləşdirin (formanı yağlamayın!). Əgər cırılan yerləri varsa, xəmirlə yapışdırın. Layın üstünü çəngəllə 3-4 yerdən deşin. Bunu ona görə edirsiniz ki, xəmir sobada çox qabarmasın. Qabarsa da, narahat olmayın. Sonrakı mərhələdə onları *partladacaqsınız*.

Hər layı 6-8 dəqiqə ərzində üstü bir az qızarana qədər bişirin. Tez-tez baxın ki, yanmasınlar. Hazır layın üstü yarı ağ, yarı qızarmış yamaqlar şəklində olacaq ki, bu, belə də olmalıdır. Bütün kündələri eyni şəkildə açıb bişirin. Bişən layları ehtiyyatla bir-birinin üstünə yığın. Ən çox bişən və ya qırılan layı ovub kənara qoyun, bu ovuntunu sonrakı mərhələdə tortun üstünə səpəcəksiniz.

İndi isə layları aralarına bol-bol krem çəkmək şərtilə üst-üstə yığın. Layların qabarıqları varsa, onları çəngəllə *partladın*. Kremi layların kənarlarına daha da bol çəkin, çünki tortun kənarları ən çətin yumuşalandır.

Kənara qoyduğunuz ovuntunun bir hissəsini tortun üstünə, digər hissəsini isə kənarlarına səpin. Tortunuzun kənarları bir o qədər səliqəli deyilsə, onda ora ovuntu səpməyin. Gözləyin tort yumuşalsın, sonra kənarlarını bıçaqla kəsib düzədin və ovuntu səpin.

Qoyun tort ən az 7-8 saat ərzində və ya gecədən səhərədək otaq hərarətində yumuşalsın. Yumuşaldığında Napoleon tortunuz hazırdır. Nuş olsun!

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

11 Yorum

  1. meriyem dedi ki:

    cox gozel resebler allah raz olsn

  2. nur dedi ki:

    tewekkur ediremmmm

  3. elena dedi ki:

    coxxxx sagolunnnnn

  4. ayişə dedi ki:

    sen pisirip yoxladın.neticeni mene de.əvəlçeden tessekrler

  5. zulya dedi ki:

    cox gozel gorunur denemek isterim

  6. Kerim dedi ki:

    Tesekkurler..Men indi etdim.Mukemmel alindi)))
    Biraz xemiri duzgun yaya bilmedim,ama duzelish etdim))
    Teshekkur edirem heyyet uzvlerine!)

  7. elmir dedi ki:

    cok ela

  8. aygun dedi ki:

    men bir defe etmisdim indi yene deneyecem girumnece olacay kecen sefer yaxsi alindi 😉

  9. ayxan dedi ki:

    ela en xosladigm tortdu

  10. ayxan dedi ki:

    en xosladigim tortdu

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani