Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Milli Plov Resepti, Milli Plov Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Milli Plov

Son yenilənmə tarixi 14/11/2023 by Leyla Xanım

milliplov

reklam



Ərzaqlar:

2  -3  s. st düyü (uzun)
2lt su
1 xq duz
300qr yağ
1 çay qaş. zəfəran


Hazırlanması:

Plovu bişirmədən  2 -3 saat  əvvəl düyünü  duzlu suya qoyun.(Düyünü suda saxladığı zaman  əzilmir.) Zəfəranınız varsa onun  da üzərinə  1 stəkan ilıq su töküb  1 -2 saat isladın və ağzını örtün.Plovu hazırlamaq üçün böyük bir  dibi qalın  ağır qazan götürün.Təxminən  2 -2,5  litr su tökün.Su qaynamaya başladığında içinə  1 x/q. duz tökün və qaynayan  suya suda bərkimiş düyünü süzüb tökün,  10 -15   dəqiqəyə  düyü uzanıb  bişəcəkdir.Ama düyü bir az  bərk olmalıdır ki dəmə qoyduqda əzilməsin.Ona görə diqqətli olan düyünü suya tökdükdən sonra mütləq yanında olmalısınız,yoxsa  əziləcək və bütün zəhmətiniz boşa gedəcəkdir.Düyünü aşsüzənə töküb süzün.Qazanın içinə 200 -250 qr. yağ  qoyub əridin.Dibinə lavaş qoyub üzərinə düyünü tökün.(düyü dənəvər olmalıdır) düyünün  üzərinə yenə  ərinmiş yağ  gəzdirib  üstünü təmiz bir dəsmal ilə örtün. Vam odda dəmə qoyun.15 -20 dəqiqədən  sonra  qazanın ağzını açıb  islatdığınız zəfəranlı suyu düyünün üzərində gəzdirin.Ağzını örtüb 1  -1,5  saatlığa dəmə qoyun. Düyünün bişməsini təxminən 1 saatdan sonra qazanın qapağını açıb  bişib bişmədiyini  düyünün dik durması ilə öyrənə  bilərsiniz. Boşqaba qoyarkən kəfkirlə dibinin qazmağı ilə birlikdə servis edin.NUŞ OLSUN.

QEYD: Plovun üzərinə fərqli xuruşlar hazırlanır.Onu da reseptler.com da öyrənə bilərsiniz.

QEYD 2 : Zəfəran yoxdursa sonda yağın içinə sarıkök də tökəbilərsiniz.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani