Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Mayasız Asan Pizza Resepti, Mayasız Asan Pizza Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Mayasız Asan Pizza

Son yenilənmə tarixi 20/12/2023 by Leyla Xanım

mayasizasanpizza

reklam



Ərzaqlar:

Xəmiri üçün:
5 x/q. zeytun yağı(duru yağ)
4 x/q. qatıq
2 x/q. ilıq su
1 yumurta
1 ç/q.şəkər tozu
1 ç/q. duz
1 ədəd qabartma tozu
Aldığı qədər un

Xəmirin üzərinə sürülən sous:
1 ç/q. tomat
2 x/q. pomidor püresi
1 x/q. ketçap
kəklikotu
1 x/q. duru yağ

Üzəri üçün:
1-2 ədəd pomidor
1 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
1 ədəd soğan
kolbasa, sosiska
200qr. holland pendiri


Hazırlanması:

Xəmiri hazırlamaq üçün yumurtanı, duru yağı,qatığı,ilıq suyu,şəkər tozunu, duzu töküb qarışdırın. Üzərinə unu və qabartma tozunu əlavə edib ələ yapışmayan bir xəmir əldə edin.
Alınan kündəni unla yayaraq bişirəcəyiniz list böyüklükdə yayın. Listin dibinə yağlı kağız kəsib qoyun. Üzərinə yuxanı sərin.
Ayrı bir qabda tomat, ketçap, pomidor püresini qarışdır.İçinə kəklikotu, istiot və ya qırmızı toz bibər qatın. Bu qarışımı yuxanın üzərinə sürün.
Sürtgeçdən keçirdiyiniz holland pendirindən 50 qr qədər bu tomatlı qarışımın üzərinə tökün.
Sonra sıra ilə xırda-xırda doğradığınız bibəri, uzunsov doğranmış soğanı, kvadrat şəklində doğranmış pomidoru və eyni şəkildə doğranmış kolbasa və sosiskanı tökün.
Duxovkada 175 dərəcədə 15-20 dəqiqə altı qızarana qədər bişirin. Sonra çıxardıb sürtgeçdən keçirilmiş pendirin qalanını da pizzanın üzərinə səpin.
3-4 dəqiqə duxovkada saxladıqdan sonra (əriyəcək) Pizzanız hazırdır. NUŞ OLSUN.

QEYD: Pizzanın üzərinə ərzqları zövqə görə dəyişdirə bilərsiniz. Göbələk, (Zeytun və konserva qarğıdalıda istifadə etdim)qiymə, ispanaq və s.
Alternativ başqa bir Sous: 1ədəd yumurta 1 xörək qaşığı qırmızı toz bibər,1 xörək qaşığı duru yağ qarışdır, xəmirə sür.
Yazı uzun görünsə də hazırlanması çox asandır .Çox az ərzaqla bir öyün yemək hazırlaya bilərsiniz. Üstəlik uşaqlar pizzanı çox sevir.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. Kamale dedi ki:

    Bu resepti cox beyendim.2ci defediki edirem.pecenye xemiri kimi yumsaq olur.hemde mayasiz asan hazirlanir.cox sagol paylasdigim ucun.eladir

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani