Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Mantı (Türk Mətbəxi) Resepti, Mantı (Türk Mətbəxi) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Mantı (Türk Mətbəxi)

Son yenilənmə tarixi 13/09/2023 by Leyla Xanım

manti

reklam



Ərzaqlar:

400 qr. qiymə
1 baş quru soğan
duz, qarabibər
zövqə görə nanə, kişmiş

Xəmiri üçün:
1 ədəd yumurta
1 stəkan su
aldığı qədər un

Üzəri üçün:
kərəyağı(duru yağ da ola bilər)
sarımsaqlı qatıq
1 çay qaşığı tomat


Hazırlanması:

Qiymənin içinə soğanı tyorkadan keçirib qarışdırın. Duzunu, qarabibərini göyərtisini töküb qarışdırın.
Xəmiri üçün unun üzərinə duzu, yumurtanı və suyunu töküb yoğurun. Üzərini təmiz bir dəsmalla örtün.
Xəmiri 2 kündəyə bölüb yayın. Şəkildə gördüyünüz kimi(düşbərə xəmiri kimi) eninə və uzununa dilimləyib kvadrat şəklində kəsin. İçinə hazırladığınız qıymədən qoyub boxça şəklində bükün.( Zövqə görə fərqli şəkillərdə də bükə bilərsiniz.)
Qaynayan suya duz töküb hazırladığınız mantıları suya tökün. Birbirinə yapışmasın deyə arabir qarışdırın. Suyun üzünə çıxdığı zaman mantı bişmişdir deməkdir. Süzüb üzərinə hazırladığınız sarımsaqlı qatığı sonra da yağda bir az suyla açılmış tomatı üzərinə tökün. NUŞ OLSUN:


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani