Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Limonlu Şirin Çörəklər Resepti, Limonlu Şirin Çörəklər Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Limonlu Şirin Çörəklər

Son yenilənmə tarixi 26/09/2023 by Leyla Xanım

limonlu sirin corekler

reklam



Ərzaqlar:

24 balaca bulka üçün

Xəmiri Üçün:
1 paket  (2 +  1/4 çay qaşığı) quru maya
1/4 stəkan ilıq su
1/2 stəkan xama (smetan)
1/3 stəkan şəkər tozu
1/4 stəkan kərə yağı – əridib soyudun
1 çay qaşığı vanil ekstraktı (və ya bir çimdik vanilin)
3/4 çay qaşığı duz
1 ədəd iri yumurta – yüngülvari çalın
2  + 1/3 stəkan ağ un (təxminən 300 g)

İçi Üçün:

İstədiyinizi seçin

Variant 1
1/2 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)
1 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı (xırda xırda olsun)
3/4 çay qaşığı hil (toz kimi)
2 xörək qaşığı kərə yağı – əridin

Variant 2
1/2 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)
1 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı (xırda xırda olsun)
3/4 çay qaşığı hil (toz kimi)
1/2 stəkan maşından keçirilmiş qoz və ya badam
2 xörək qaşığı kərə yağı – əridin

Üstü Üçün:
1 stəkan şəkər kirşanı (pudrası)
3 xörək qaşığı təzə sıxılmış limon suyu


Hazırlanması:

1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı suda həll edin. Qoyun 5 dəqiqə kənarda qalsın.

2. Xama və digər 5 ərzaqı (un əlavə etməyin) iri bir qaba qoyun və yaxşı qarışdırın. Üstünə mayalı suyu əlavə edin və qarışdırın. Sonra isə unu əlavə edib xəmir yoğurun.

3. Xımiri bir az unlanmış masanın üstünə qoyun. Elastik olana qədər yoğurun (təxminən 8 dəqiqə).

4. Xəmirin iri qaba qoyub üstünü örtün. Qoyun isti yerdə gəlsin. Bu müddət ərzində xəmir ikiqat şişməlidir.

5. İçi hazırlayın. Yağdan basqa bütün ərzaqları bir qabda qarışdırın. Xəmiri iki yerə bölün və kündələyin. Birinci kündəni oxlovla 30 X 25 cm ölçülərində dördbucaq şəklində açın. Üstünə 1 x. qaşığı yağ sürtün. Sonra için yarısını üstünə səpin. Xəmiri yavaşca rulet kimi bükün. Sonra bu ruleti 12 yerə bölün – hər tikə 2.5 cm uzunluğunda olmalıdır. O biri kündəni də eyniylə birinci kündə kimi açın, içini yağlayıb doldurun, bükün və  kəsin. Alınan çörəkləri təxminən 33 x 22 cm ölçüləri olan yağlanmış formaya düzün. Üstünü dəsmalla örtün və 30 dəqiqəlik kənara qoyun ki, çörəklər gəlsin.

6. Sobanı  180C dərəcəyədək qızdırın.

7. Çörəklərin üstünü açın. Sobada üstü bir az qızaranadək, yəni təxminən 25 dəqiqə bişirin. Sobadan çıxardıb formada 5 dəqiqə soyudun.

8. Şəkər kirşanı və limon suyunu yaxşıca qarışdırın. Qaşıqla isti bulkaların üstünə gəzdirin.  Nuş Olsun!

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani