Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Limonlu Peçenyə Resepti, Limonlu Peçenyə Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Limonlu Peçenyə

Son yenilənmə tarixi 05/01/2024 by Leyla Xanım

limonlupecenye

reklam



Ərzaqlar:

250 qr. marqarin
100 qr. duru yağ
200 qr. şəkər kirşanı
2 yumurta (birinin sarısını ayır)
1 ədəd limon
1 paket vanilya
1 paket qabartma tozu
Aldığı qədər Un


Hazırlanması:

Limonu yuyub qabığını(sarı olan hissəsini) sürtkəçdən keçiririn. Suyunu sıxın. Marqarini, şəkər kirşanını, duru yağı, yumurtanı (1-nin sarısını ayır) limon suyunu, vanilyanı, qabartma tozunu, limon qabığını qataraq yoğurun. Üzərinə yavaş yavaş unu əlavə edərək yoğurun. Xəmir çox sərt olmasın, yumşaq xəmirdən hazırlanan peçenyə ağızda dağılır. Hazırladığını bu xəmirdən bir kündə alıb 1 cm qədər qalınlığında yayın. İstədiyiniz şəkildə kəsə bilərsiniz. Kəsdiyiniz peçenyələrin üzərinə ayırdığınız yumurta sarısını sürün. Üzərinə zövqə görə kokos, qırılmış qoz, fındıq da səpə bilərsiniz. Sadə də ola bilər. 170 dərəcədə üzəri qızarana qədər bişirin. NUŞ OLSUN.
QEYD: 1 paket qabartma tozu şəkildə gördüyünüz kimi bir az qalın oldu. Paketin yarısını istifadə edə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani