Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Limonlu Dördbucaqlar Resepti, Limonlu Dördbucaqlar Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Limonlu Dördbucaqlar

Son yenilənmə tarixi 17/10/2023 by Leyla Xanım

limonlu dortbucaqlar

reklam



Ərzaqlar:

12 dördbucaq üçün

Bu resept üçün sizə təxminən 2 ədəd iri limon lazım olacaq
1 stəkan + 2 xörək qaşığı un
1 stəkan + bir stəkanın dörtdə üçü qədər şəkər kirşanı (pudrası) +  əlavə olaraq üstünə səpmək üçün
2 xörək qaşığı rəndələnmiş limon qabığı
Bir çimdik duz
115 qram soyuq kərə yağı –  xırda-xırda doğrayın
Yarım çay qaşığı qabartma tozu
3 ədəd iri yumurta – otaq hərarətində
Dörtdə bir stəkan + 3 xörək qaşığı təzə sıxılmış limon suyu


Hazırlanması:

Soba telini sobanın orta rəfinə yerləşdirin. Sobanı 175C-dək qızdırın. Ölçüsü 20 sm olan dördbucaq formanın dibini və kənarlarını yağlayın.

İri kasada unun 1 stəkanını, şəkər kirşanının dörtdə bir stəkanını, limon qabığı və duzu qarışdırın. Kərə yağını buraya əlavə edib, çəngəl və ya barmaqlarınızla ovub kütləni iri umac halına gətirin. Sonra isə bu umacı xəmir əldə edənədək yoğurun.

Alınan xəmiri  əlinizlə üstünə basa-basa yağladığınız formanın dibinə  yayın. Sobada 25 dəqiqə və yaxud, üstü azacıq qızaranadək bişirin. Piroqun biskviti hazırdır. Sobadan çıxardıb kənarda bir qədər soyumağa qoyun.

İndi isə qalan 1 stəkan yarım şəkər kirşanı, qalan 2 xörək qaşığı un və qabartma tozunu balaca kasada qarışdırın.

Ayrı qabda yumurtanı  təxminən 2 dəqiqə ərzində, kütlə üç dəfə artanadək mikserlə çalın. Şəkərli-unlu qarışığı buraya əlavə edib, qarışanadək çalın. Limon suyunu də əlavə edib, qarışdırın.

Bu qarışığı bişirdiyiniz biskvitin üstünə boşaldın. Sobada 18-20 dəqiqə ərzində, duru kütlə özünü tutana qədər bişirin (çox bərk olmamalı, barmağınızşa basdığınızda bir az yumuşaq olmalı, amma sulu olmamalıdır. Bir nöqtə daha – piroqun üstü qızara da bilər, qızarmaya da, bu o qədər də vacib veyil. Hər soba fərqlidir. Mənim iri sobamda bu piroqun üstü lap az qızarır, kiçik sobamda isə əməlli başlı qızarır. Əsas odur ki, piroqu bərkitməyəsiniz). Piroqu sobadan çıxardıb qabındaca soyudun. Tamamilə soyuduqdan sonra üstünə bolluca şəkər kirşanı ələyin. Piroqu 16 ədəd dördbucağa kəsib süfrəyə verin.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. gultac dedi ki:

    bu sirniyyat cox turs olmurmu

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani