Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kömbə Resepti, Kömbə Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kömbə

Son yenilənmə tarixi 09/12/2023 by Leyla Xanım

kombe

reklam



Ərzaqlar:

Xəmiri üçün:
50 qr. maya(droj)
1ç.st. süd
4 – 5 s.st. un
1ç.q.duz
1 s. st.su
Üzəri üçün:
2 x/q. duru yağ
3 x/q. kərəyağı


Hazırlanması:

Mayanı ilıq süddə əridin, duzu əlavə edin. Üzərinə unu tökərək ara sıra sudan əlavə edərək xəmiri yoğurun.Yarım saat üstü örtülü bir kənarda saxlayın.
Sonra duxovkaya qoyacağınız qabın içinə yayaraq üzərinə duru yağı sürün.250 dərəcədə (təxminən 20 dəqiqədə) üzəri qızarana qədər bişirin.
Duxovkadan çıxartdığınız kömbənin üstdən və yandan kəsərək əritdiyiniz kərəyağını arasına tökün. 5 dəqiqə sonra pendirlə süfrəyə verə bilərsiniz.NUŞ OLSUN.
QEYD: Zövqə görə yağı tökməyə də bilərsiniz. Bu kömbəni çoban ailələri yaylaqda bişirərdilər. Yağ, pendir bol olduğu üçün.İsti çörək kimi kərəyağı ilə dadlı olur.

Rəna xanım – Reseptlər.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani