Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kokoslu Pirojna Resepti, Kokoslu Pirojna Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kokoslu Pirojna

Son yenilənmə tarixi 29/07/2023 by Leyla Xanım

kokoslupirojna

reklam



Ərzaqlar:

125 qr.kərəyağı
200 qr. xama
100 qr. şəkər tozu
5-6 damcı limon suyu
yarım çay qaşığı duz
3 su st. kokos

Üzəri üçün:
3 ədəd bitter şokolad
1 ədəd südlü şokolad
Və ya
Hazır marketlerdə satılan
Dr.Oetker bitter qlazür


Hazırlanması:

Bir qazanın içində kərəyağını əridin, əriyən kərəyağının içinə xamanı, şəkəri, limon suyunu, duzu töküb 2 dəqiqə qaynadın.
Qaynayan kremi ocaqdan alın. Qarışımın içinə kokosu əlavə edib qarışdırın.
Bu qarışımı içinə folqa sərilmiş bir sininin içinə yayın.
Donması üçün buzdolabına qoyun.(Tez donması üçün buzluğa da qoya bilərsiniz)
Şokoladlari benmari üsulu ilə əridin.(suyun üzərində ayrı bir qazanda buxarda əridirsən)
Buzluqdan çıxartdığınız donmuş kokoslu içi istədiyiniz şəkildə dilimləyin.
Bu dilimlərin hər tərəfini ərimiş şokoladlı sousa batıraraq yağlı kağız sərilmiş qaba düzün. NUŞ OLSUN.

QEYD: Benmari üsulu şokoladın əridilməsi Reseptler.com dan baxa bilərsiniz. Benmari üsulu əridilən şokoladlar tez qatılaşır. qatılaşmaması üçün içinə bir az kərəyağı və ya xama əlavə edə bilərsiniz. Şokoladlı qarışıma batırdıqdan sonra təkrar buz dolabına qoyun.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. letafet dedi ki:

    superdi

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani