Son yenilənmə tarixi 17/12/2023 by Leyla Xanım
Ərzaqlar:
250 qram marqarin
100 qram duru yağ
2 yumurta(birinin ağını ayır)
2 x/q.kakos
2 x/q. şəkər kirşanı
2 x/q. sirkə (uksus)
1 paket qabartma tozu
1 çay qaşığı duz
Aldığı qədər un
Üzəri üçün:
Bir yumurta ağı
Küncüt
Hazırlanması:
Otaq temperaturundakı marqarini, duru yağı, sirkəni və yumurtaları(birinin ağını ayırın) qarışdırın. Quru ərzaqları da kakos,qabartma tozu, duz, şəkər kirşanı və unu qarışdıraraq duru ərzağın içinə qataraq qurabiyənin xəmirini yoğurun. Xəmiri iki kündəyə bölün. Oxlovla yayaraq 2 cm qalınlığında yayın.(şəkildə göründüyü kimi)
Yaydığınız lavaşı şəkildəki kimi kəsin və ya öz zövqünüzə uyğun şəkillər də kəsə bilərsiniz. Kəsdiyiniz qurabiyələri əvvəlcə yumurtanın ağına sonra da küncütə batırın.Yağlı kağız sərilmiş listə düzüb üzəri qızarana qədər bişirin. NUŞ OLSUN.
QEYD: İstərsəniz xəmiri rulet kimi büküb dilimləyərək yumurtanın ağına sonra da küncütə batıra bilərsiniz.