Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kivili Tort Resepti, Kivili Tort Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Kivili Tort

Son yenilənmə tarixi 20/01/2024 by Leyla Xanım

kivilitort

reklam



Ərzaqlar:

1 litr süd
1 su stəkanı mannı krupa
1 su st. şəkər tozu altdakı şekilleride qoy
4-5 ədəd kivi
2 x/ q. şəkər tozu(kivi üçün)
yarım stəkan su(kivi üçün)
İçinə qarışdırmaq üçün:
peçenye,keks qırıntıları


Hazırlanması:

1 litr südü qazana tökün. Üzərinə 1 stəkan şəkər tozu və 1 cstəkan mannı krupanı töküb qarışdıra-qarışdıra bişirin. (Pudinq halına gələnə qədər) Başqa kiçik bir qazanda kivini doğrayın. Üzərinə 2 xörək qaşığı şəkər tozunu və yarım stəkan suyu töküb yumşalana qədər bişirin. Kivini püre halına gətirin. Hazırladığınız kivili qarışımı mannı krupa ilə bişirdiyiniz südlü qarışıma qatın. Xüsusi bir qaba tökmək istəsəniz (şəklindən ötrü keks qabı ola bilər) həmin qabı isladın(asan çıxması üçün)Qabın dibinə südlü qarışımdan bir az tökün.Ortasına keks qırıntıları qoyun.Təkrar südlü kremdən qoyun.Sonda yenə keks və ya peçenyə qırıntılarından qoyun.Soyuducuda 1 gecə saxlayın. (xüsusi qaba quysanız asan çıxsın deyə) Yoxsa 1-2 saat sonra dilimləyib süfrəyə verə bilərsiniz. NUŞ OLSUN.

QEYD: Zövqə görə südlü qarışıma 1 xörək qaşığı kakos da əlavə edə bilərsiniz. Mənim keksim kakoslu idi.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani