Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kilkə Dolması Resepti, Kilkə Dolması Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kilkə Dolması

Son yenilənmə tarixi 09/09/2023 by Leyla Xanım

kilkedolmasi

Qeyd : Bu yemək Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və “hamsi dolması” adı ilə məşhurdur.

reklam



Ərzaqlar:

1 kiloqram kilkə balığı
1 baş quru soğan
0,5 dəstə incə doğranmış ispanaq
2 diş döyülmüş sarımsaq
Qara bibər
Pul bibər
Duz

Qızartmaq üçün
2 yumurta
2 stəkan qarğıdalı unu və ya adi un
0,5 stəkan günəbaxan, kərə və ya zeytun yağı


Hazırlanması:

Kilkə balıqlarının başlarını və qılçıqlarını ayırın, yuyun, duzlayın və suyunun süzülməsi üçün süzgəcə qoyun. Soğanı incə şəkildə doğrayın, ispanaq, sarımsaq və bibər əlavə edib qarışdırın.

Təmizlənmiş və ortadan ayrılmış kilkənin içinə həmin qarışığından bir çay qaşığı qoyun, sonra balığın açılmş qarnını birləşdirin. Kilkəni əvvəlcə una, sonra da çırpılmış yumurtaya batıraraq qızğın yağda qızardın.
Kilkə dolması süfrəyə verilərkən qırmızı soğan, kiçik duzlu xiyar və ya kahı əlavə edilərsə, daha dadlı alınar. Nuş olsun!

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani